Makron qorxaq olduğu üçün Kiyevə gəlmədi - Medvedyev
Fransa Prezidenti Emmanuel Makron qorxaq olduğu üçün Kiyevə səfərini təxirə salıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X hesabında yazıb.
"Makron Kiyevə səfərə hazırlaşır? Sümüyünə kimin qorxaqdır", - Medvedyev bildirib.
Qeyd edək ki, daha öncə "Politiko” nəşri Fransa Prezidenti Emmanuel Makronun müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv etdiyini yazıb.