AZ

Xaçmazda Novruz bayramı ərəfəsində şəhid ailəsi ziyarət olunub

Bakı. Trend:

Novruz bayramı ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətininbaşçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, Çiləgirkəndindən olan Birinci Qarabağ Müharibəsi şəhidi Əfqan Yəhyayev vəVətən Müharibəsi şəhidi İkram Məmmədovun valideynləri ilə birlikdəAzərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterrortədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Çiləgir kənd sakini,Amid Qədirovun ailəsini ziyarət ediblər.

Bayram münasibətilə təbriklərini çatdıran Rayon İcraHakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətliAzərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30ildən çox davam edən ədalətsizliyə son qoyub. Xalqımızın qəhrəmanəsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyütəmin edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmişşəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onlarınyaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərməkhər birimizin vətəndaşlıq borcudur.

Şəhid Amid Qədirovun ailə üzvləri göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Qeyd edək ki, Şəhid Qədirov Amid Qurban oğlu döyüşlərdəgöstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cüdərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalıilə təltif olunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
304
50
az.trend.az

10Mənbələr