AZ

Yoldaşı vəfat edən atalar pensiyaya tez çıxa bilər

Yoldaşı vəfat edəndən sonra uşağına baxan ata evlənsə belə, pensiyaya tez çıxa bilər. 

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.


Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi, uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

www.anews.az
Seçilən
122
33
anews.az

10Mənbələr