ABŞ-dan qayıdan Dudanın təyyarəsində problem yarandı
Polşa Prezidenti Andjey Dudanın təyyarəsində problem yaşanıb.BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Dudanın ABŞ-dan qayıtmaq üçün istifadə edəcəyi hökumət “Boinq” təyyarəsinin nasaz olduğu ortaya çıxıb. O, alternativ təyyarə ilə uçmalı olacaq, lakin proqram dəyişməyib. Duda ABŞ-dan sonra Brüsselə yollanır və burada NATO-nun baş katibi ilə görüşəcək”, - məlumatda deyilir.