Bakı. Trend:
Azərbaycanda boşanmaların sayı artıb.
Trend xəbər verir ki, bubarədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyatşöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinənikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayıisə 1,6-dan 2,0-a qədər artıb.