AZ

Titanikin yeni versiyası inşa ediləcək

Titanik gəmisinin yeni versiyası inşa ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı avstriyalı milyarder Kliv Palmer yayıb. 

O, gəmini yenidən kruizə göndərmək niyyətinə düşüb.

Milyarderin  sözlərinə görə, yeni Titanik iki min sərnişin üçün nəzərdə tutulacaq və orijinalından heç bir fərqi olmayacaq: 8 göyərtə, 835 kabinə və eyni salon olacaq.  

Palmer layihəyə 500 milyon dollardan 1 milyard dollara qədər xərcləməyə hazırdır və tikintinin 2025-ci ildə başlanması planlaşdırılır.

Sabutay Nağıyev, Bizim.Media
 

 
Seçilən
172
13
bizim.media

10Mənbələr