AZ

Bayden adminstrasiyasının bu qərarı Texasda etiraza səbəb oldu

ABŞ-nin 16 ştatı Bayden administrasiyasının mayeləşdirilmiş təbii qazın (LNG) ixracını dayandırmaq qərarına görə məhkəməyə müraciət edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Texas Baş prokuroru Ken Paxton açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, Baydenin birtərəfli əmri hüquqi prosesi pozur, neft və qaz sənayesini qarışdırır və Texas iqtisadiyyatını sarsıdır: “Bu qadağa Texasdan milyardlarla dollarlıq sərmayənin çıxarılmasına səbəb olacaq”.

Prokuror hesab edir ki, Ağ Ev administrasiyasının belə qərarı həm də “mühüm iş yerlərini məhv edəcək”.

Bu iddia üzrə Alabama, Alyaska, Arkanzas, Vayominq, Corciya, Qərbi Virciniya, Kanzas, Luiziana, Missisipi, Montana, Nebraska, Oklahoma, Texas, Florida, Cənubi Karolina və Yuta ştatlarının baş prokurorları iddiaçı qismində çıxış ediblər.

Bundan öncə isə ABŞ prezidenti ölkədən LNG ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurlarının dayandırılması barədə göstəriş verib. Bu addımın LNG istehsalı üzrə yeni müəssisələrin tikintisi ilə bağlı investisiya qərarlarının gecikməsinə səbəb ola biləcəyi qeyd edilib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
375
50
konkret.az

10Mənbələr