AZ

Azərbaycanın U-21 millisi İngiltərəyə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv F qrupunda İngiltərə ilə qarşılaşıb. “Azərsun Arena”da keçirilən görüşdə Azərbaycan millisi 1:5 hesabı ilə uduzub
Qeyd edək ki, U-21 millisi martın 26-da hazırda qrupun lideri olan Ukraynanı qəbul edəcək.
Əlavə edək ki, İngiltərə yığması 15 xalla (6 oyun)  qrupda 2-ci, 3 xalı (5 oyun) olan Azərbaycan millisi isə sonuncu - 6-cıdır. Turnir cədvəlinə 15 xalla (5 oyun) Ukrayna başçılıq edir.
Avropa çempionatının seçmə mərhələsi - F qrupu
Azərbaycan U-21– İngiltərə U-21 - 1:5 
Qollar: Harvi Elliot, 25 (0:1), Noni Madueke, 29 (0:2),  Harvud-Bellis, 53 (0:3), Harvi Elliot, 67 (0:4), Ramin Nəsirli, 85 (1:4), Arçi Qrey, 88 (1:5)
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Azərsun Arena”

Seçilən
329
31
hafta.az

10Mənbələr