AZ

KİV: Tutulanlardan birinə terror aktına görə 500 min rubl vəd edilib

KİV:

Moskva, 23 mart, AZƏRTAC

“Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl vəd edildiyini etiraf edib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.

Medianın məlumatına görə, saxlanılan şəxslər Rusiya vətəndaşları olan taciklərdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
564
50
azertag.az

10Mənbələr