Martın 25-i saat 16:00-a olan məlumata əsasən bölgələrə yağış və qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrə çatıb.Həmçinin Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.Martın 25-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. pic.twitter.com/lyOd5xpzn7— Oxu.Az (@oxuaz) March 25, 2024
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta