AZ

Dani Alveş azadlıqda - pulu kim ödəyib?

Braziliyalı keçmiş futbolçu Dani Alveş azadlığa buraxılıb.

Futbolpress.az xəbər verir ki, məhkəmənin tələb etdiyi bir milyon avro təzminat ödənilib və sabiq müdafiəçi həbsxanadan çıxıb.

Qətərli insayder Mabhut Əl Marri Alveş üçün təzminat pulunu "Atletiko"nun və Niderland millisinin futbolçusu Memfis Depayın ödədiyini yazıb.

Alveş bu ilin fevralında qıza qarşı cinsi istismarda təqsirli bilinərək 4,5 illik həbs edilmişdi.
Seçilən
230
50
futbolpress.az

10Mənbələr