Ümid edirəm ki, Abdülraşid Sadulayev və Artur Nayfonov Bakıdakı yarışda lisenziya məsələsini həll edəcəklər.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili Azərbaycanda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri deyib.
Federasiya rəsmisi sərbəst güləşçilərdən Nayfonovun 86 kq-da, Sadulayevin isə 97 kq-da mübarizə aparacağını söyləyib.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Finala vəsiqə qazanan idmançılar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Abdülraşid Sadulayev ikiqat olimpiya, dördqat dünya və Avropa çemionudur.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta