AZ

Abşeronda DƏŞƏTLİ QƏZA: ölən və yaralananlar var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Seçilən
426
14
publika.az

10Mənbələr