AZ

Amerikanın hava hücumu nəticəsində SEPAH-ın hərbi müşaviri ölüb - FOTO

Suriyada Amerikanın hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyi “X” səhifəsində məlumat yayıb.Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.“Əl-Hadat” kanalının məlumatına görə, hava zərbələri nəticəsində 2-si komandir olmaqla azı 9 döyüşçü öldürülüb, ən azı 20 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Seçilən
186
11
missiya.az

10Mənbələr