AZ

Rusiyalı turistlər kütləvi şəkildə Cənubi Koreyaya gedir

2023-cü ildə Rusiyadan Cənubi Koreyaya turist axını 2022-ci illə müqayisədə 2,5 dəfədən çox artıb.

 

Oxu24.com  xəbər   verir  ki,  rusların   kütləvi şəkildə bu Asiya ölkəsinə axın etməsi faktı Rusiya Turizm Sənayesi İttifaqında (RST) bildirilib.

 

Koreyanın Milli Turizm Təşkilatının Moskva nümayəndəliyinin direktoru Li Kyunqminin sözlərinə görə, 2023-cü ildə Cənubi Koreya 158,8 min rusiyalı qəbul edib.

 

Bu, 2022-ci illə müqayisədə 165 faiz çoxdur.

 

Li Kenmin qeyd edib ki, 2024-cü ilin birinci rübünün nəticələrinə əsasən, Rusiyadan gələn turist axınının həcmində 2023-cü ilin eyni göstəriciləri ilə müqayisədə 15-20 faiz artım müşahidə olunub.

 

Afət

 

Seçilən
317
28
oxu24.com

10Mənbələr