AZ

Əliyevdən Blinkenə: Bu, tamamilə qəbuledilməzdir!

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməz olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən Azərtac-ın sorğusuna cavab olaraq bildirilib.

Cavabda qeyd olunub ki, bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik.

“Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Entoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu konteksdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, - mətbuat xidmətindən bildirilib.

Seçilən
274
25
publika.az

10Mənbələr