ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edib ki, Amerikanın hazırkı lideri Co Baydenə ictimaiyyət arasında çıxmasına hansısa şəkildə kömək olunur. Keçmiş Amerika lideri deyib ki, hazırkı dövlət başçısının narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyini bilmir. Bizimyol.info xəbər verir ki, Tramp bu barədə radio aparıcısı Hugh Hevittə cümə axşamı yayımlanan müsahibəsində deyib. "O, çox vaxt yuxulu göründüyü üçün mütləq hansısa şəkildə kömək alır. Demokratların lideri ictimai görüşlərdən əvvəl hansısa maddə qəbul edir", - deyə o qeyd edib. "Bilirsiniz, onlar Ağ Evdə kokain olduğu ortaya çıxan ağ maddə tapmışdılar. Bilmirəm, amma deyəsən, orada nəsə baş verir, çünki mən onun Birliyin Dövləti Palatasına və Senata illik müraciətini izlədim və o, əvvəldə enerjili görünsə də, sonda tamailə çökdü, sanki enetjisi tükəndi. Nəsə baş verir", - deyə Tramp əlavə edib. "Onun nə istifadə etdiyini bilmirəm, amma tamamilə sərxoş olduğu aydın görünürdü", - deyə Tramp, aparıcının Baydenin narkotik istifadə edib-etməməsi ilə bağlı birbaşa sualına cavab verərkən bildirib. ABŞ rəsmilərinin və KİV-in məlumatına görə, narkotik iyulun 2-də Ağ Evin Qərb Qanadında, işçilərin və ziyarətçilərin cib telefonlarını saxlamaq üçün qoyub getdikləri yerdəki şkafda aşkar edilib. Ağ Evin Qərb Qanadında Oval Ofis və dövlət başçısının bəzi ən yaxın köməkçiləri və müşavirlərinin ofisləri yerləşir. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, prezident Co Bayden baş verənlərdən xəbərdardır. O, ABŞ Məxfi Xidmətinin baş verənləri anlayacağına əmin olduğunu bildirib. Jean-Pierre aydınlaşdırıb ki, Ağ Ev aparatı insidentin şəraiti ilə bağlı öz araşdırması aparmır. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta