Ukrayna tezliklə Ural və Zapolyaryeyə hücum edə biləcək PUA-ları istifadəyə verəcək.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri mənbəyə istinadla məlumat yayıb.Mənbənin məlumatına görə, Ukrayna artıq bu ildən 2000 km-dən çox məsafəyə uça bilən PUA-ları silahlanmaya qəbul edəcək:“Bu PUA-lar orta və uzaq mənzilli raket çatışmazlığını aradan qaldıracaq. Raketlər keçmişdə qaldı. PUA gələcəkdir”.Mənbə qeyd edib ki, ilin sonuna kimi 10 istehsalçı 2500 km-ə kimi uça bilən PUA-ları Ukrayna ordusuna təhvil verəcək.Kiyevdəki “Luç” Konstruktor Bürosu isə 3300 km-ə kimi uça bilən “Sokol-3000” PUA-sı istehsal edib.“Bild”in hesablamalarına görə, yeni Ukrayna PUA-ları 80-ə yaxın hərbi bazanın yerləşdiyi Murmanska hücum edə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta