AZ

Rusiyanın xarici işlər naziri Çinə rəsmi səfərə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gedib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Pekindəki Şoudu hava limanına enib.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl Pekində Lavrovun Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparacağını bildirib.

 

Onun sözlərinə görə, nazirlər digər mövzularla yanaşı, Ukrayna və Asiya-Sakit okean regionunda vəziyyəti, ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

Seçilən
261
4
sfera.az

5Mənbələr