AZ

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindənbildirilib ki, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

11 aprel tarixində havanın yağmursuz keçəcəyiı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

12 aprel tarixində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

Bayram günlərində Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, mülayim şərq küləyinin əsəcəyi gözlənilir.

Seçilən
356
32
aznews.az

10Mənbələr