AZ

Özəl klinikanın fəaliyyəti dayandırılıb

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.Xəbərdə bildirilir ki, “yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində 1 özəl tibb müəssisəsi – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən SN-nin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib”.

Seçilən
619
49
bayraqdar.info

10Mənbələr