AZ

ABŞ İrandan İsrailə qarşı yeni cavab tədbirləri gözləyir

Pentaqonun keçmiş müşaviri Jasmine El-Gamal İranın İsraillə əlaqəli gəmini ələ keçirməsini bir sıra cavab tədbirləri çərçivəsində ilk hadisə adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "France 24" telekanalına açıqlama verib.

“Düşünürəm ki, biz İranın cavab tədbirinin mümkünlüyünü müzakirə edərkən bu barədə hələ dünən danışmışıq. Onda daqeyd etdik ki, bunu gözləmək lazımdır. Və bu, İsrailə və İsrailin bölgədəki maraqlarına qarşı mümkün addımlar silsiləsində potensial olaraq ilk addım kimi görünür”.

Qeyd edək ki, aprelin 13-də səhər saatlarında İran nümayəndələri İsraillə əlaqəli MSC Aries gəmisinə miniblər.


Müəllif: Pərvin Cəfərova
Seçilən
238
50
teleqraf.com

10Mənbələr