AZ

İmişlidə zəlzələ olub

İmişlidə

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Saatlı stansiyasından 18 kilometr şimal-qərbdə - İmişli rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 03:53-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 

Seçilən
107
4
azertag.az

10Mənbələr