AZ

ABŞ süni intellektlə idarə olunacaq "Pilotsuz F-16"ları sınaqdan keçirəcək

ABŞ Hərbi Hava Qüvvələrini rəhbəri Frank Kendall süni intellekt nəzarəti altında uçacaq "pilotsuz F-16" təyyarələri sınaqlar üçün havaya qalxacaq. Süni intellekt həyatımızın hər sahəsində öz yerini tapmağa davam edir. ABŞ Hərbi Hava Qüvvələri də pilot təyyarələrə süni intellekt öyrətməyə davam edir. Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall Senatın Təxsisatlar Komitəsinin hərbi xərclər iclasında çıxış edib. Kendall süni intellektlə idarə olunan təyyarələrin sınaqlarında iştirak edənlərdən biri olacağını və proqramın yaxşı getdiyini bildirib. ABŞ Hərbi Hava Qüvvələri Eglin Hərbi Hava Qüvvələri bazasında üç "F-16"nı tam avtomatlaşdırmağı qarşısına məqsəd qoyan Viper Sınaq və Yeni Nəsil Əməliyyat Modeli (VENOM) sınaq proqramını keçən həftə başlatdı. Bu proqram ABŞ Hərbi Hava Qüvvələrinin avtomatlaşdırma proqramının bir hissəsi idi. 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələri "F-16"ların tamamilə proqram təminatı ilə uça biləcəyini sübut etmək üçün ən müasir pilotsuz təyyarələr parkına 6 milyard dollar xərcləyib. Pentaqonun xəbərlərinə görə, beş fərqli startap ABŞ Hərbi Hava Qüvvələri üçün süni intellektdən istifadə edən pilotsuz təyyarələr hazırlamağa çalışır. Bu şirkətlər "Anduril Industries", "Boeing", "Lockheed Martin", "General Atomics" və "Northrop Grummandır". Süni intellektin hərbi proseslərdə necə istifadə oluna biləcəyi ilə bağlı araşdırmalar davam edir və ABŞ ordusu da bu sahədə araşdırmalar üzərində ciddi şəkildə çalışır. Lakin süni intellektin real döyüş şəraitində necə çıxış edəcəyi məlum deyil. Qadir, Bizimyol.info

Seçilən
362
49
bizimyol.info

10Mənbələr