Tayvan silahlı qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 18 təyyarəsi və 5 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
İddiaya görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün hazırlıq vəziyyətinə gətirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta