AZ

Rusiya nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürdü

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, ölkə Nüvə sınaqlarının hərtərəfli qadağası Müqaviləsinin ratifikasiyasını geri götürür.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir

Çərşənbə axşamı, oktyabrın 17-də Rusiya rəsmisi Kremlin qərarını "ABŞ-ın qlobal təhlükəsizliyə məsuliyyətsiz münasibəti” ilə izah edib.

"Ölkəmizin təhlükəsizliyinin maraqları naminə biz Nüvə sınaqlarının hərtərəfli qadağası Müqaviləsinin ratifikasiyasını geri götürürük”, - o, ratifikasiyanın geri götürülməsinə dair müzakirələr və parlament səsverməsi öncəsi verdiyi bəyanatda bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin bəzi rusiyalı təhlükəsizlik ekspertlərinin və qanunvericilərin Qərbə "xəbərdarlıq” olaraq nüvə bombasını sınaqdan keçirmək çağırışlarından sonra Rusiyanın nüvə sınaqlarını bərpa edib-etməyəcəyini söyləmək istəmədiyini bildirib.

Rusiya ratifikasiyasını geri götürsə də, o, müqaviləni imzalayan ölkə olaraq qalacaq və sınaqlara qadağa imzalayan ölkə və dünyanı istənilən nüvə sınağı barədə öncədən xəbərdar edən qlobal monitorinq sistemi ilə əməkdaşlığı davam etdirəcək.

Əlavə edək ki, bunun fonunda Rusiya rəsmiləri ratifikasiyanın geri götürülməsinin Rusiya Federasiyasının nüvə bombasını sınaqdan keçirməyə hazırlaşdığı anlamına gəlmədiyini iddia edirlər. Eyni zamanda, silahlara nəzarət üzrə ekspertlər Rusiyanın nüvə sınaqlarını bərpa etmək istiqamətində yavaş-yavaş hərəkət edə biləcəyindən narahat olduqlarını bildiriblər.

Nizami Bağırov
Seçilən
707
40
qaynarinfo.az

10Mənbələr