“Türkiyə HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün danışıqlar aparır”.Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Livanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib."Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başlamışıq. Əcnəbilərin, mülki şəxslərin və uşaqların azad edilməsi üçün səylərimiz davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prinsipial qərar verdi, bu və digər humanitar məsələlərin həllinə mümkün qədər töhfə verin”, - deyə siyasətçi vurğulayıb. Daşqın HəsənovMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta