Xəbər verdiyimiz kimi, 2024-cü il, aprelin 20-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi” və “Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə JW Absheron Marriott Otelində “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı I Beynəlxalq Elmi-Praktiki Simpozium keçirilmişdir. Simpoziumun tərəfdaşı qismində isə “Azərbaycan Pediatrlar Assosasiyası” iştirak edirdi. Ölkə miqyasında seminar, tədbir və konfranslar keçirilməsində müəyyən təcrübəsi olan “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi” nin təşkiatçılığı ilə bu dəfəki simpoziumda da 350-dən çox elmi işçi, həkim və səhiyyə idarəçisi bir araya toplanmışdı.
Daha sonra İsveçrənin Sonnenberq Biomed mərkəzinin təsisçisi və baş həkimi, Dr.med. Thomas Rau “Bioloji Təbabət paradiqması. Xroniki xəstəliklərin kompleks terapiyasında effektiv müalicəsi”, “Xəstəliklərin xronikləşməsində Leaky Gut (dəlikli bağırsaq) sindromunun rolu və effektiv müalicəsi” və “Degenerativ xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” ilə bağlı 3 müxtəlif mövzuda mühazirə söyləyib. Simpoziuma dəvət olunanlar T. Raunun mühazirəsi sayəsində sözü gedən xəstəliklərin müalicəsinə müasir yanaşmalar haqda geniş informasiya əldə ediblər.
Daha sonra Türkiyədən dəvətli “Bütüncül Tıp Məktəbi”nin qurucusu və rəhbəri Dr. med. Murat Baş “Kronik hastalıklarda Bütüncül Yaklaşım. Kök etyopatogenez” mövzusundakı mühazirəsini iştirakçıların nəzərinə çatdırıb. Növbəti mühazirəçi “GUNA Pharmaceuticals” şirkətinin Elmi direktoru Alessandro Perra “Xroniki dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində kiçikdozalı preparatların istifadəsi” mövzusu ilə çıxış edib. İtaliyanın tanınmış mütəxəssisinin elmi cəhətdən əsaslandırdığı fikirləri simpozium iştirakçılarının marağına səbəb olub. Qeyd etdiyimiz kimi, simpoziumda əcnəbi mühazirəçilərlə yanaşı yerli həkimlərimiz də çıxış edirdi.Terapevt, İnteqrativ tibb üzrə ekspert Arzu Musayevanın “Şəkərli diabetin fəsadlarının müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsi informasiya baxımından zənginliyi ilə fərqlənirdi.
Həkim-qastroenteroloq, İnteqrativ tibb üzrə ekspert Arzu Quliyevanın mühazirəsi isə “Bağırsağın iltihabı xəstəliklərinin müalicəsində yeni imkanlar” mövzusuna həsr olunmuşdu. A.Quliyevanın İnteqrativ Tibb metodları ilə müalicəsi sayəsində sağlamlıqlarına qovuşan onlarla yerli və xarici pasientin uğurlu nəticələrinin video görüntüləri də simpozium iştirakçılarına təqdim olunub. Sonda simpozium iştirakçıların xatirə fotosu ilə öz işinə yekun vurub.
Saglamolun.Az