AZ

Ukrayna artıq yeni silahlarını alır - ABŞ

Ukrayna artıq ABŞ-ın yenilənmiş hərbi yardım proqramının bir hissəsi kimi elan etdiyi silahları alır.
Aktual.az  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
"Yardım Ukraynaya gəlir. Onlar hazırda bu dəstəyi təhlükəsiz şəkildə alırlar", - Pyer jurnalistlərə deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ötən çərşənbə günü Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib.
Seçilən
115
2
aktual.az

2Mənbələr