AZ

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti master-klass keçib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) dəvətilə tələbələr üçün master-klass keçib.

"Report" assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sessiyanın mövzusu rəsmi beynəlxalq futbol yarışlarının təşkili və matç əməliyyatları olub.

İştirakçılar arasında ASAPES-in Rusiyanın MGİMO Universiteti ilə idman menecmenti üzrə ikili proqramının tələbələri və SABAH qruplarının tələbələri yer alıblar.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Seçilən
412
7
report.az

8Mənbələr