AZ

AFFA-nın departamentinin direktoru master-klass keçdi

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) dəvətilə tələbələr üçün master-klass keçib.

Sportinfo.az assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sessiyanın mövzusu rəsmi beynəlxalq futbol yarışlarının təşkili və matç əməliyyatları olub.

İştirakçılar arasında ASAPES-in Rusiyanın MGİMO Universiteti ilə idman menecmenti üzrə ikili proqramının tələbələri və SABAH qruplarının tələbələri yer alıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Seçilən
549
7
sportinfo.az

8Mənbələr