AZ

Rəfahın əsas doğum evi xəstələri qəbul etməyi dayandırır

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əmirliyin Doğum Xəstəxanası İsrailin hərbi əməliyyatları səbəbindən xəstələrin qəbulunu dayandırıb.

 

Qeyd olunur ki, bu məhəllənin əsas doğum evi olan xəstəxanada hər gün 85-ə yaxın uşaq dünyaya gəlir.

 

Ümumilikdə hər gün Qəzzada 180-ə yaxın körpə doğulur.

 

Mayın 7-də İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail hərbçiləri Qəzza zolağı ilə Misir sərhədindəki Rəfah keçidinin Fələstin tərəfinə nəzarəti ələ keçirib.

 

Bundan əlavə, İsrail Rəfahın şərq hissəsində hədəfli anti-terror əməliyyatına başlayıb və Fələstinin Həmas hərəkatının hərbi obyektlərinə hücum edib.

 

Miri

 

Seçilən
146
5
oxu24.com

5Mənbələr