
Bakı, 19 may, AZƏRTAC
Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.