AZ

Bakı və Abşeronda yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında mayın 24-ü axşamdan 26-sıaxşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Trend-ə MilliMeteorologiya xidmətindən bildirilib.

Qeyd edilib ki, axşam yarımadanın bəzi yerlərində qısamüddətliintensivləşəcəyi ehtimalı var. 25-i günün birinci yarısında şimalküləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılıolacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ vəŞərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, DağlıqŞirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysanxarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıqərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s,ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarındasululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astarabölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın vəsel keçəcəyi gözlənilir.

Seçilən
231
49
az.trend.az

10Mənbələr