AZ

TƏBİB vətəndaşlar üçün onlayn həkim seçimini reallaşdıracaq - » Medical Media


"Hazırda tibb müəssisələrinin vahid saytının yaradılması prosesi gedir. Əvvəlcə daha böyük tibb müəssisələrinin vahid platformalarını yaratmağa çalışacağıq. Növbəti mərhələdə isə rayon mərkəzi xəstəxanalarının da özünə məxsus saytları olacaq".

Medicalmedia.az
xəbər verir ki, bu sözəri Səhiyyə TV-də yayımlanan "Sağlam Səhhət" proqramında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib. 

O bildirib ki, həmin saytlarda xəstəxana ilə bağlı bütün məlumatlar yer alacaq:

"Həmin müəssisələrin özü haqqında, gördüyü işlər, şöbələri, avadanlıqları haqqında geniş məlumat yer alacaq. Bəzən olur pasiyent məlumat əldə etmək istəyir. Bu saytlar bunun üçün çox əla bir imkan yaradacaq. O baxımdan biz hazırda saytların yaradılması prosesini həyata keçiririk. Eyni zamanda orada həkimlərlə bağlı da doğlun məlumatlar olacaq. Bu da pasiyentlər üçün bir seçim imkanı yaradacaq ki, vətəndaş həkimlər haqqında olan məlumatlara baxaraq özü üçün daha yaxşı bildiyi həkimi seçə biləcək. Bizim hazırda əsas məqsədimiz həm ölkəmizdə, həm də qlobal dünyada olan informasiya axınına cavab verməkdir".

Daha ətraflı videodan izləyin:

Seçilən
208
medicalmedia.az

1Mənbələr