AZ

Bu xəstəxanaya baş həkim təyin olundu - FOTO

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyinat olub.

Bu barədə Gundem.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini - baş həkim vəzifəsinə təyin edilib.

Qeyd olunub ki, bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.

Seçilən
328
49
gundem.az

10Mənbələr