AZ

Metal saç aksesuarları təhlükə saçır - » Medical Media


Zərərsiz görünən daraqlı broşlar “təhlükəli aksesuar” adlandırılıb. 

Müxtəlif, cazibədar dizaynı ilə çoxlarının bəyəndiyi saç yığan broşların sağlamlıq üçün ziyan olduğu müəyyən edilib.

Alimlər, araşdırma zamanı simulyasiya edilmiş avtomobilin arxadan toqquşması ssenarisini nəzərdən keçirib. Belə bir zərbə zamanı baş surətli zərbə qüvvəsi ilə geri çəkilir və nəticədə, saç aksessuarının qirintıları baş dərisinə keçir. 

Bu araşdırmaya səbəb isə qucağında övladı ilə birlikdə yıxılan ananın baş dərisinə keçən daraqlı broşun yaratdığı rezonans olub. Broş plasmas olduğu üçün o qədər ciddi xəsarət yaratmaayıb. Lakin bildiyimiz qədərilə bu broşların metaldan olanları da var. 

Alimlər xanımlara metaldan düzələn saç aksesuarlarından istifadə etməməyi məsləhər görüb.

Seçilən
151
medicalmedia.az

1Mənbələr