AZ

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi İsmayılova həvalə olunub

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev ehtiyata buraxılıb.

O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

 

Anar İsmayılov
Seçilən
295
7
marja.az

10Mənbələr