AZ

Gəncədə “Təbiəti də sağaldaq” devizi ilə ağacəkmə aksiyası keçirilib » Medical Media


TƏBİB tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti də sağaldaq” devizi ilə başladılan ağacəkmə aksiyası növbəti dəfə Gəncə şəhərində keçirilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsinin həyətində TƏBİB və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, qurumun struktur bölmə rəhbərləri, ətraf rayon tibb müəssisələrinin direktorları və digər rəsmi şəxslər iştirak edib. 

Aksiyanın əsas məqsədi insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Seçilən
204
medicalmedia.az

1Mənbələr