AZ

Mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günüdür » Medical Media


Cəmiyyətin diqqətini dağınıq skleroz xəstəliyi və onun fəsadlarına yönəltmək məqsədilə hər il mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günü kimi qeyd edilir.
 
Medicalmedia.az
xəbər verir ki, dağınıq skleroz xəstəliyi sinir sisteminin iltihabi xəstəliyidir. Baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur.
 
Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2.3 milyona bərabərdir.
 
Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.
 

Seçilən
178
1
medicalmedia.az

2Mənbələr