AZ

Azərbaycan millisi “Neftçi-2” ilə yoxlama görüşü keçirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilmiş yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.

Arena.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 yığmamız “Neftçi-2” ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-19-un heyətində 45+1-ci dəqiqədə Niyazi Osmanov fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-dən 11-nə qədər Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Komandamız iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.

Seçilən
249
13
arena.az

10Mənbələr