“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün növbəti partiyanı uğurla orbitə çıxarıb.
Publika.az-ın məlumatına görə, bu barədə "SpaceX" şirkəti “X” sosial şəbəkəsində məlumat yayıb.
“23 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.
Raket buraxılışı Florida ştatındakı ABŞ Kosmik Qüvvələrinin buraxılış kompleksindən həyata keçirilib.