Sosial şəbəkələrdə Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəhidlər xiyabanında şəhid övladının azyaşlı qızının saçını hörməsni əks etdirən görüntülər yayılıb.Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həmin uşaq Xəlilova Melisa Ruhin qızıdır.O, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan Xəlilov Ruhinin övladıdır.Qeyd edək ki, Abdin Fərzəliyev səhid ailələrinə ən çox diqqət ayıran icra başçılarından biri kimi tanınır.Bəzi məlumatlara görə o, Nərimanov rayonunda çalışan zaman ailə quran şəhid ailələrinə, toyu olan şəhid bacılarının toyunu edərək, cehizlərini də verib. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta