İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisius Junior növbəti dəfə irqçiliyə məruz qalıb.Gununsesi.info-nun məlumatına görə, hadisə səfərdə “Sevilya” ilə heç-heçə (1:1) etdikləri La Liqanın X tur oyununda baş verib.Azarkeşlərdən biri 23 yaşlı hücumçunu təhqir edib. Həmin fanat daha sonra tribunadan uzaqlaşdırılıb. “Sevilya” klubu həmin şəxsə digər intizam cəzaları veriləcəyini də diqqətə çatdırıb.Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vinisius Junior ötən mövsümdə də eyni hallarla üzləşib.Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta