AZ

Azərbaycan yığmasının Slovakiya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.



Komanda.az xəbər verir ki, AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.



“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.



Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.



Milliyə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:




Amin Ramazanov – Qarabağ



Xəyal Fərzullayev – Sumqayıt



Yusif İmanov – Sabah



Süleyman Damadayev – Şamaxı



İbrahim Ramazanov – Qəbələ



Seymur Məmmədov – Sabah



Cəlal Hüseynov – Arda (Bolqarıstan)



Eşqin Əhmədov – Qəbələ



Abdulla Rzayev – Araz-Naxçıvan



Rüfət Əhmədov – Kəpəz



Rüfət Abbasov – Neftçi



Mirəli Əhmədov – Araz-Naxçıvan



Mahir Həsənov – Kəpəz



Qurban Səfərov – Şamaxı



Samir Məhərrəmli – Şamaxı



Elcan Əbilov – Neftçi



Ramin Nəsirli – Araz-Naxçıvan



Xəyal Əliyev – Sabah



Murad Vəliyev – Nomme Yunayted (Estoniya)



Fərid Yusifli – Turan Tovuz



Şahin Şahniyarov – Qəbələ



Zeynəddin Abdurahmanov – Səbail



Samir Abdullayev – Səbail



Ağadadaş Salyanski – Neftçi



Nəriman Axundzadə – Qarabağ


Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAvstriya milli komandası U-21

Seçilən
265
11
komanda.az

10Mənbələr