AZ

Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib

Almaniyaya ötən ay qanunsuz yolla 21 mindən çox miqrant gəlib.Gununsesi.info-nun məlumatına görə, bu barədə “Deutsche Welle” polisə istinadən məlumat yayıb.Məlumata görə, sentyabr ayında ölkəyə 21 366 nəfər miqrant qanunsuz yolla daxil olub.Qeyd edək ki, 2016-cı ilin fevral ayından Almaniyada bu cür dinamika müşahidə olunmayıb. Həmin dövrdə 25 650 miqrant gəlib.Ümumilikdə son 7 ayda Almaniyaya miqrant axını artıb. İlin əvvəlindən ölkəyə 92 119 nəfər qanunsuz yolla keçib.Gununsesi.info

Seçilən
279
8
gununsesi.info

9Mənbələr