AZ

Yevlaxda Qarabağ kanalının bəndi uçdu - Ətrafı su basdı

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf ərazilər su altında qalıb.

Teleqraf.com xəbər verir ki, Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bənd uçub. Yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq.


Müəllif: Teleqraf.com
Seçilən
105
3
teleqraf.com

10Mənbələr