İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.
Bu barədə Aztibb.az-a Agentlikdən xəbər verilib.
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və araşdırılaraq qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.