Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb. Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.