Böyrək xəstəliklərindən xilas olmaq üçün xalq təbabətinin də rolu böyükdür. Sağlamolun.az bu dəfə böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkiləri araşdırıb:
Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür. Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir. Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur. Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir. Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır. Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir. Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur.
Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.
Saglamolun.Az